Sosial 

“WhatsApp” bu smartfonlarda işləməyəcək

“WhatsApp” messenceri köhnə iPhone modellərində işləməyəcək.

ARANTV.AZ  xəbər verir ki, bu barədə “WABetaInfo” portal məlumat yayıb.

İOS tətbiqetməsinin son beta versiyasında iOS 9 və daha aşağı səviyyədə çalışan cihazlar üçün dəstək yoxdur.

“WhatsApp” hələ bu məlumatı təsdiqləməyib.

Hazırda iPhone əməliyyat sistemlərinin rəsmi siyahısında messencer tərəfindən dəstəklənən iOS 9 və daha yeni versiyalar mövcuddur.

Daha çox xəbərlər