Sosial 

İraq həbsxanalarından Azərbaycana neçə uşaq gətirilib? – RƏSMİ

2018-2020-ci illərdə İraqdan Azərbaycana 248 nəfər azyaşlı azərbaycanlı gətirilib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilir.

Azərbaycan tərəfi bunu İraq hökuməti ilə aparılmış davamlı işin nəticəsi kimi dəyərləndirir.

Repatriasiya edilən azyaşlılar İraq həbsxanalarında, uşaq evlərində olanlardır.

Onlardan 194-ü 2020-ci ildə Azərbaycana gətirilib.

Daha çox xəbərlər