Maraqlı 

Ən təhlükəli spirtli içki hansıdır?

Heç bilirdinizmi ki, sağlamlıq üçün ən təhlükəli spirtli içki pivədir? Bu barədə rusiyalı narkoloq, tibb elmlər namizədi Danil Pokrovski «Veçernaya Moskva”ya məlumat verib.

Məşhur narkoloq bu içkinin qadağan edilməsinə çağırıb. Onun sözlərinə görə,spirt pivənin ən az zərərli tərkib hissəsidir. Pivəyə köpük, rəng, dad xüsusiyyətlərini verən başqa kiçik komponentlər insan sağlamlığı üçün olduqca zərərli birləşmələrdir. Pokrovski, həmçinin qeyd edib ki,  təkcə 375 ml həcmlik şüşədə kobaltın ( kardiotoksitdir) sutkalıq dozası var. Onun sözlərinə görə, pivə və onun tərkibindəki metal ölümcül xəstəliklərə kardiopatiya və ürək piylənməsinə səbəb ola bilər.

Spirtli içkilərin təqdiqatları üzrə mütəxəssis olan Erkin Tuzmuxamedov isə qazlı kimyəvi spirtli içkilərin daha təhlükəli olduğunu bildirib.

Daha çox xəbərlər