Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Biz qalib dövlətin gəncləriyik

By Vüsal Rafiqoğlu
10.03.2021 3 Min Read

Lalə Səfərova: YAP gənclərin inkişafı və onlarda vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətlərində işlər görür

“Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik, gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir. Bu faktor isə müstəqilliyini 1991-ci ildə bərpa edən bir respublika üçün mürəkkəb geosiyasi proseslərin getdiyi dövrdə çox əhəmiyyətli sayılır.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Lalə Səfərova deyib.

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan gəncləri ötən il bir daha təsdiqlədi ki, bu gənclik – 44 günlük müharibə zamanı cəbhədə düşmənlə üz-üzə, arxa cəbhədə cəmiyyətimizlə birlikdə, sosial şəbəkədə informasiya müharibəsində və əlbəttə, səhiyyə sistemində pandemiya ilə mübarizədə ön xətdə olan, qalib gələn məğrur gənclikdir:

“Hər kəs yaxşı bilir ki, Ulu Öndər gəncliyə Azərbaycanın gələcəyi kimi baxırdı. O, çox gözəl bilirdi ki, gələcək yalnız və yalnız bilikli, savadlı, vətənpərvər Azərbaycan gəncinin əlindədir. Ümummilli lider fəaliyyəti boyu gənclərin maariflənməsi, təhsilinə xüsusi diqqət ayırıb. Bu gün ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev də gənclər siyasətinə xüsusi diqqət ayırır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu tarixi zəfərə imza atdı. Tarixi Qələbədə şanlı ordumuzun şəxsi heyətinin əksəriyyətini təşkil edən gənclərimizin müstəsna xidmətləri oldu. Onlar şəhidlik zirvəsinə yüksəlmək əzəməti, qazi şücaəti və sonsuz vətənpərvərlik nümunəsi göstərərək xalqımıza qalibiyyət sevincini yaşatdılar. Vətən uğrunda döyüşmək, Vətəni sevmək, Vətəni qorumaq gənclərin əsas vəzifəsi idi. Vətənpərvərlik fəlsəfəsi hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan əsgərinin simasında özünün ifadəsini tapdı. Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Dünyada ən böyük qəhrəmanlıq məhz Vətən naminə edilib. Hər şeydən pay olar, amma Vətəndən olmaz.”

L. Səfərova vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən 6  siyasi partiya – Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demoktatik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşməsi mühüm əhəmiyyət kəsb edir. Bundan sonra da YAP-a qoşulmaq istəyən siyasi partiyaların sayının artması ehtimal olunur: “Sirr deyil ki, bu gün ölkəmizdə 60-dək siyasi partiya dövlət qeydiyyatından keçib. Həmin siyasi partiyaların fəaliyyəti bu və ya digər şəkildə cəmiyyət tərəfindən müxtəlif proseslər zamanı sezilib. Onlardan 21-i son parlament seçkilərində siyasi marafona qoşulmuşdu. Bu baxımdan, maddi-texniki vəziyyətindən və üzvlərinin sayından asılı olmayaraq, bu gün Azərbaycanda mövcud olan siyasi plüralizm və çoxpartiyalı sistem şərait yaradır ki, bütün siyasi partiyalar sərbəst şəkildə fəaliyyət göstərsinlər. Əlbəttə ki, siyasi partiyaların birləşməsi, birgə fəaliyyət göstərməsi də sivil cəmiyyətlərdə müşahidə olunan prosesdir.”

Həmsöhbətimiz Yeni Azərbaycan partiyasının gənclərə göstərdiyi etimaddan da bəhs edib: “Yeni Azərbaycan Partiyası bu gün istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, onlarda vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı ilbəil artır, bu sahədə reallaşdırılan uğurlu layihələrin sayı və miqyası günbəgün genişlənir. Gənclər siyasəti Prezident İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu yüksək diqqətin nəticəsidir ki, bu gün ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərdə gənclərin rolu artır, yüksək potensiallı Azərbaycan gəncləri cəmiyyətimizin bütün sahələrində, idarəetmə strukturlarının bütün pillələrində layiqincə təmsil olunur.”

Lalə Səfərova əlavə edib ki, müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Gənc nəsil də bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir.

Mən bir gənc olaraq bildirmək istəyirəm ki, bu gün Azərbaycan gənci xoşbəxtdir. Çünki biz qalib dövlətin gəncləriyik.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ailə həyatının ən münaqişəli illəri hansılardı?

Next

Psixoloqlar məktəb direktorlarına çay daşımaqla məşğuldur… – Məktəbli intiharları ilə bağlı ÇAĞIRIŞ

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv