Ukrayna “Sinovac” vaksinlərini qeydiyyata aldı
Ukraynada Çin istehsalı olan “Sinovac” vaksinləri dövlət qeydiyyatına alınıb.
ARANTV.AZ unikal.org-a istinadən bildirir ki, koronavirusa qarşı Çin vaksinləri effektiv hesab edilib və qeydiyyata alınıb.
Bununla da ölkədəki vaksinasiya prosesində bu vaksinlərdən istifadə olunmasına rəsmi şəkildə icazə verilib.

