Sosial 

Bakıda musiqi məktəbi də koronavirusa görə bağlandı

Bakı şəhəri Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində dərslərin distant formada keçirilməsi qərara alınıb.
ARANTV.AZ xəbər verir ki, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

Dərslər iki həftəlik distant formada davam etdiriləcək.
Qeyd edək ki, bu gün ölkə ərazisində fəaliyyət göstərən daha beş məktəb COVID-19-a görə bağlanıb.

Daha çox xəbərlər