Prezident İlham Əliyev,birliyin və gücün əvəzolunmaz qarantıdır
Böyük zəka sahiblərinin “tarixi şəxsiyyətlər yaradır”imperativi, əksər hallarda harizması, analitik təfəkkürü, cəsarəti və ən ümdə uzaqgörən siyasəti ilə böyük uğurlara imza atan dünya liderlərinin timsalındaöz təsdiqiqini tapmış olur. Ömrünün böyük bir hissəsini Azərbaycanın dövlətçilik tarixinə həsr etmiş Heydər Əliyevin layiqli davamçısı, İlham Əliyevin prezidentlik dövründə əldə etdiyi siyasi-iqtisadi, hərbi nailiyyətlər yuxarıda qeyd olunan qənaətin doğruluğuna konkret bir nümunədir. İlham Əliyevin apardığı qətiyyətli dövlət islahatları nəticəsində Azərbaycan böyük nailiyyətlər əldə etməklə özünün müasir dünyada bir dövlət kimi varlığını nəinki qorudu, hətta BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlarda əsas söz sahibinə çevrildi.
İlham Əliyev prezidentliyə başladığı andan sosial siyasətinin əsasında Azərbaycan vətəndaşının dayandığını bəyan edib. Çox keçmədi ki, əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində davamlı islahatlar aparıldı. Son illər ölkədə minlərlə təhsil ocaqları tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Ölkədə yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində böyük maliyyə tutumlu sosial-iqtisadi layihələr, dövlət proqramları hazırlanıb və həyata keçirilib. Xarici investorların, iş adamlarının Azərbaycanda azad, müstəqil fəaliyyətlərinin təmin olunması üçün, əvvəlki illərdə mövcud olan bürokratik halların aradan qaldırılması istiqamətində radikal addımlar atılıb. Ölkə başçısının rüşvətxorluğun və korrupsiyanın aradan qaldırılması istiqamətində, xüsusilə son dövürlər başlatdığı kompaniya cəmiyyətdə ciddi rezonans doğurmaqla, hakimiyyətlə xalq arasında möhkəm körpü yaradıb. Dünyada qlobal maliyyə böhranının hökm sürdüyü bir zamanda respublikada iqtisadiyyatın bütün sferalarda inkişafı və davamlılığı təmin olunub.
Ölkə başçısının, xüsusulə, apardığı qətiyyətli enerji siyasəti qısa bir zaman kəsiyində regional çərçivədən çıxaraq qlobal miqyas aldı. Demək olar ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rola malikdir. Dünya güclərinin böyük təpkisinə baxmayaraq İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycanla Türkiyə arasında dünyanın ən böyük enerji layihələrindən olan TANAP layihəsinin icrasına başlanıldı. Ardınca Azərbaycanın XXI əsrin qlobal enerji layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. Azərbaycanın təşəbbüsü ilə daha bir qlobal layihə -Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Asiya və Avropanı birləşdirən bu nəqliyyat dəhlizi ölkəmiz üçün geniş perspektivlərə zəmin yaratdı. Bir müddət öncə Azərbaycan ilə Türkmənistan arasında “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi, mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması tarixi bir hadisədir. Və bu yöndə həyata keçirilən layihələr, davamlı xarakter daşıyır.
Ölkədə bütün millətlərin nümayəndələrinə eyni hüquqi müstəvidən yanaşma prinsipi Azərbaycana dünya çapında beynəlmiləl bir dövlət statusu qazandırıb. Bu mənadaİlham Əliyevin birbaşa şəxsitəşəbbüsü sayəsində Azərbaycan artıq multikulturalizmin intişar tapdığı bir məkana çevrilib. Artıq multikultural yanaşma, Azərbaycanda dövlət siyasəti ilə yanaşı, həm də əhalinin həyat tərzinə çevrilib. Ölkədə multikulturalizmin daha da inkişaf etdirilməsi istiqamətində Cənab İlham Əliyevin 15 may 2014-cü il tarixi sərancamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bu illər ərzində Multikulturalizm Azərbaycanda inkişaf etməklə beynəlxalq müstəvidə yeni iqtisadi əlaqələrin yaranmasına və möhkəmləndirilməsinə böyük zəmin yaradıb. Belə ki, Multikultralizmin təbliği və inkişafına yönəli ölkəmizdə vaxtaşırı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi sayəsində Azərbaycana xeyli sayda turist axını baş verib, və bu da nəticə etibarilə təkcə turizm sektorunun inkişafında deyil, eləcə də iqtisadiyyatın digər sektorlarının inkişafına müsbət təsir göstərib. Əminliklə demək olar ki, artıq multikulturalizmin ölkənin makroiqtisadi göstəricilərinin artmasında böyük payı var.
Ölkəmizin hərbi potensialının daha da gücləndirilməsi, bu prosesdə qabaqcıl dövlətlərin təcrübəsinə istinad olunması kimi mühüm məsələlərhər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub.Təsadüfi deyil ki, hər il dövlət büdcəsindən silahlı qüvvələrə digər sahələrlə müqayisədə daha çox maliyyə vəsaiti ayrılır. Məhz bu məqsədlə davamlı olaraq müasir silah-sursatlar, döyüş təyyarələri, hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz təyyarələr alınır və ordumuzun hərbi gücü daha da artırıldı. Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların istehsalı və hətta xarici ölkələrə ixracı daha böyük nailiyyətlərə zəmin yaradır. Bir sözlə, bu illər ərzində ordumuzun hərbi imkanlarını, potensialını gücləndirmək məqsədilə bütün imkanlar səfərbər olundu. Və nəticə etibarilə zaman gəldi ki, Azərbaycan ordusu işğal altında inləyən torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə qısa bir zamanda azad etdi.Təbii ki, qardaş Türkiyə ilə yanaşı dost Pakistan dövləti ilə yüksək səviyyəli hərbi əməkdaşlıq bu qələbənin daha da tezləşməsindəciddi rol oynadı. Azərbaycan əsgəri düşmənə elə bir zərbə vurdu ki, beynəlxalq hərbi ekspertlərin qənaətincə Ermənistan silahlı qüvvələrinin yenidən qurulması üçün uzun illər lazım gələcək. Azərbaycan xalqı bir nəfər kimibu zəfər müharibəsində ölkə rəhbərinin ətrafında sıx birləşərəkdünyaya nümunə olacaq birlik nümayiş etdirdi. Dünya hərb tarixində bir ilkə imza atdı. Belə ki, bu şanlı müharibədə Ermənistan ordusunda minlərlə fərarilik hallarının baş verdyi halda, Azərbaycan silahlı qüvvələrinin əsgərləri arasında bir dənə də olsun belə bir utancverici hala təsadüf edilmədi.
Azərbaycan müharibə meydanında qazandığı şanlı qələbədəndərhal sonra növbəti bir uğurlu dönəmə qədəm qoyub. İşğaldan azad edilmiş torpaqlarımızın qurulması, o müqəddəs yerlərin yenidən dirçəldilməsi istiqamətində “böyük qayıdış” planına start verilib. Cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşən xalqımız bu mərhələni də zəfərlə başavurmaq əzmindədir. Bu çətin, məsuliyyətli mərhələni şərəflə başa vurmağı bizlərdən xalqımızın böyük şanlı tarixi və şəhidlərimizin müqəddəs ruhu tələb edir. Yeni tarixin mübarək, Azərbaycan!

Şeyda Əzizova
“Aran Media” qəzetinin baş redaktor

