Gündəm 

Sərt karantin dövründə də hotellər işləyib – Kənan Quluzadə

Azərbaycanda hotellər bağlanmayıb. Onlar sərt karantin dövründə də fəaliyyət göstərib. Sadəcə olaraq, hotellərin əyləncə və s. kimi funksiyaları məhdudlaşdırılıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, hotellərdə ötən ilin avqustundan başlayaraq, COVİD-19-la bağlı vəziyyətə nəzarət məqsədilə monitorinqlər keçirilir. Bu monitorinqlər fəaliyyət göstərən 300-dən çox hoteli əhatə edir. Monitorinqlər gün ərzində təxminən 70 hoteli əhatə edir: “Monitorinqlər zamanı sosial məsafə, maskadan istifadə kimi məsələlərə nəzarət edilir. Ümumilikdə hotellər bu qaydalara əməl edirlər”.

Daha çox xəbərlər