İndoneziyada məktəbliləri daşıyan avtobus uçuruma yuvarlandı: Azı 26 nəfər ölüb
İndoneziyanın Qərbi Yava əyalətində sərnişin avtobusunun uçuruma yuvarlanması nəticəsində azı 26 nəfər həlak olub.
“Xinhua” agentliyi bu barədə yerli hökumət qurumlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, avtobusda orta məktəb şagirdləri, onların valideynləri və müəllimləri olub.
İnsident nəticəsində 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ümumilikdə isə qəza zamanı avtobusda 62 sərnişin olub.

