Pensiyaların artımla veriləcəyi vaxt açıqlandı
Pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər.
ARANTV.AZ-ın Report-a istinadən xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmalıdır:
“Onun əsasında müvafiq qərar olacaq. O qərardan sonra pensiyaçılar uyğun ödənişləri alacaqlar”.

