Kriminal 

Gəncədə ruhi xəstə 70 yaşlı kişini öldürdü

Gəncə şəhərində qətl hadisəsi törədilib.

ARANTV.AZ-ın Qafqazinfo-ya istinadən məlumatına görə, şəhərin “Poçt qəsəbəsi” adlanan ərazisində yaşayan, 1949-cu il təvəllüdlü Zeynalov Valeh Məmməd oğlu bıçaqlanaraq qətlə yetirilib.

Məlumata görə, 70 yaşlı kişi ruhi-əsəb xəstəliyindən əziyyət çəkən xalası oğlu tərəfindən qətlə yetirilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Daha çox xəbərlər