Müavinətlərin ödəniləcəyi vaxt AÇIQLANDI
Mart ayında respublika üzrə müavinət, təqaüd, ünvanlı sosial yardımın ödənilmə vaxtı məlum olub.
ARANTV.AZ-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib.
O qeyd edib ki, sözügedən ödəmələr martın 19-na kimi tam ödəniləcək:
“Artıq bir ildən artıqdır belə bir ənənə var ki, ödənişlər müəyyən olunmuş qrafiklərdən də tez müddətdə vətənlaşlara ödənilir. Bu ödəniş mart ayı üzrə olan məbləğdir”.

