Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Vüsal kimi igidin varsa yenilməzsən, Vətən!

By Vüsal Rafiqoğlu
13.03.2021 4 Min Read

Tarixi ədalətin təmin edildiyi 44 günlük Vətən müharibəsi onun səhhətində dərin, ağır izlər qoysa da, igidimiz son damla qanını belə Anamız Vətən üçün əsirgəməyəcəyinə kişi sözü verib, övlad andı içib. Dünyada heç nə ilə əvəz olunmayan İlahi Vətən sevgisi onu alovlu cəbhələr qoynuna könüllü surətdə çəkib aparıb. Vətənin özü tək müqəddəs sayılan şanlı üçrəngli bayrağımızı əsir torpaqlarımızda ucaltmaq olub ən ali məramı, ən ümdə məqsədi. Ancaq heç bir qüvvə, heç bir maneə onu tutduğu şərəfli yolundan və uca məsləkindən döndərə bilməyib. Çünki onun qəlbində Vətən, torpaq, yurd sevgisi dünyada hər şeydən əzizdir, üstündür, ucadır, müqəddəsdir, əvəzedilməzdir.

Şanlı Qələbəmizdə payı, haqqı, əməyi olan qəhrəman qazilərimizdən biri də Rəhimli Vüsal Tağı oğludur. 1991-ci il dekabrın 12-də Lənkəran şəhərində anadan olub. 1998-ci ildə Lənkəran şəhərindəki Xarici Dillər Təmayüllü Gimnaziyaya daxil olub. Həmin təhsil ocağını 2009-cu ildə müvəffəqiyyətlə başa vurub. 2010-2011-ci illərdə Naxçıvan Sərhəd Diviziyasının Culfa Komendantlığında baş atıcı kimi xidmət edib.

Vüsal olduqca zəhmətkeş bir ailədə böyüyüb, boya-başa çatıb. Ailədə iki qardaşdırlar. O, bu zəhmətkeş ailənin ilk nübarıdır. Atası Tağı müəllim 2018-ci il sentyabrın 24-də haqq dünyasına köçüb. Bu gün Vüsalı doğulduğu Lənkəran torpağında hər kəs tərbiyəli, mərifətli, ağıllı, işgüzar, böyüyə, kiçiyə hörmət qoyan, sayılıb-seçilən bir gənc kimi, xüsusən də Vətənimizin düşmən tapdağından azad edilməsi uğrunda öz borcunu layiqincə yerinə yetirən mərd oğul kimi tanıyır. Vüsal Rəhimli 2020-ci il sentyabrın 29-da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan döyüşlərə könüllü surətdə yollanıb. Müharibəni əhatə edən ərazinin ilk nöqtəsindən Şuşanın Daşaltı kəndinə kimi gedib çıxıb. Onun ilk döyüş yolu cəbhənin Beyləqan-Füzuli istiqamətindən başlayıb. Murovdağdan Füzuliyə kimi qızğın döyüş yolu keçib. Füzuli uğrunda gedən şiddətli döyüşlərin on birinci günündə güllə yarası alıb. Biləsuvar Mərkəzi Xəstəxanasında müalicə aldıqdan sonra yenidən tərəddüd etmədən cəbhəyə qayıdıb.

Döyüşçü yoldaşları ilə Şuşaya daxil olan zaman ikinci dəfə düşmən gülləsinə tuş gəlib. Atılan minamyot nəticəsində ayağından qəlpə yarası, beyinindən ağır zədə almaqla yanaşı, qulağının hər iki pərdəsi zədələnib. Bütün bu ağır zərbələr Vüsalın görmə qabiliyyətinə də mənfi təsir edib. Hərbi xəstəxanada müalicə alandan sonra növbəti döyüş tapşırığını yerinə yetirmək üçün Ağdamdan Xocavəndin Tuğ kəndinə tərəf ilk dəfə Xüsusi Təyinatlı Dəstə ilə birgə yol alan əsgərlərdən biri də Vüsal olur. Xocavəndin Hadrut (Ağoğlan) qəsəbəsinin azad edilməsi uğrunda keçirilən ağır hərbi əməliyyatlar zamanı şücaətlə döyüşür.

Beləliklə, Vətən müharibəsi müzəffər ordumuzun şanlı qələbəsi ilə başa çatandan sonra azad edilmiş ərazilərimizdə hərbçilərimiz tərəfindən müdafiə sistemi qurulmağa başlayır. Dekabrın 6-da Vüsal 3 döyüşçü yoldaşı ilə bərabər Xocavənd və Xankəndi istiqamətinə tərəf Qırmızı Bazar ərazisinə əsgərlərimiz üçün təminat dalınca yollanır. Ərazi qarlı olduğundan yol, iz aydın nəzərə çarpmır. Elə bu zaman yaxınlıqda mina partlayır. Nəticədə Vüsal üçüncü dəfə çox ağır yaralanır. Silahlı Qüvvələrin Baş Klinik Hospitalı ortopediya şöbəsinə yerləşdirilən Vüsalın sağ ayağı dizdən aşağı amputasiya olunur.

Qardaşı Ülvinin söylədiklərindən: “Vüsal xəstəxanada müalicə alırdı. Zəng vurub halını soruşmaq istədim. Kefi yox idi. Soruşdum ki, nə olub? Dedi ki, bilirsən, bizim dəstənin yaralı əsgərlərinin hamısı sağalıb cəbhəyə qayıdıblar. Təkcə mən qalmışam. Döyüşə vaxtında qayıda bilmədiyi üçün narahatçılıq keçirirdi. Hətta çəkməsi belə yaraları tam sağalmadığından ayağına olmurdu. Döyüşlərdə yaralanarkən bir hərbçi yoldaşı onu xilas edib. Sonra isə vəziyyət elə gətirib ki, Vüsalın həmin döyüşçü yoldaşı yaralanıb, bu dəfə Vüsal onu xilas edib. Mən bilmirdim ki, qardaşım bu qədər fədakardır.”

Yazıçı, dramaturq, Əməkdar mədəniyyət işçisi Rafiq Rəhimli müzəffər Azərbaycan əsgərinin şücaətli döyüş əzmi ilə fəxr edərək, bu gün qardaşı oğlu Vüsal haqqında da ağızdolusu danışarkən eyni qürur hisslərini keçirir: “Biz çox qəddar bir düşmənlə üz-üzə olmuşuq. Onlar 30 il ərzində Qarabağ ərazisində müxtəlif müdafiə sistemləri, çoxsaylı bunkerlər qurublar. Həmin müdafiə sistemləri də çox ağır keçiləsi sədlərdən ibarət olub. Dağlıq Qarabağ ərazisi də adından göründüyü kimi, dağlarla əhatə olunmuşdur. Bizim ordumuz həmişə çətin mövqedən, aşağı hissələrdən irəliləyərək təpələrin, yüksəkliklərin zirvəsinə qalxıb. Burada müxtəlif silahlardan istifadə edilməklə yanaşı əlbəyaxa döyüşlər də olub. Azərbaycan əsgərləri nə qədər qüdrətli, nə qədər məğrur, nə qədər güclü olduğunu bütün dünyaya sübut ediblər. Döyüş əməliyyatlarında çoxsaylı əsgərlərimiz şəhid olub, çoxsaylı qazilərimiz qəhrəmanlıq göstərib. Qürur duyuram ki, həmin qəhrəman qazilərimizdən biri də bizim Vüsaldır.”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq müvafiq Sərəncamları ilə igi döyüşçü Vüsal Rəhimli “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Bu gün qazimizin anası Fərqayə xanım oğlunun Vətən qarşısındakı xidmətləri ilə qürur duyur. Ona görə ki, min cür əzab-əziyyətlə, halal zəhmətlə böyüdüb boya-başa çatdırdığı övladı doğma Qarabağımızın azadlığı uğrunda hər bir vətəndaşa örnək olası böyük fədakarlıq nümunəsi göstərərək həlledici döyüşlərdə igidliyi ilə fərqlənib. Xalqımıza qələbə sevincini yaşadanlardan biri kimi qəhrəman oğullar sırasında öz qanı, canı bahasına, itirdiyi əzası bahasına layiqli yerini tutub. Belə qeyrətli, qəhrəman oğulların varsa yenilməzsən, Vətən!

Qazi qardaşımız, Vətənimizin ərazi bütövülüyü uğrunda gedən döyüşlərdə itirdiyin sağ ayağın bu gün bizim azadlığına qovuşmuş Qarabağımızın bir parçasıdır. Sən Vətənimiz üçün canını fəda etdiyin, sağlamlığını qurban verdiyin qəhrəman qazimiz, ananın başının ucalığı, ailənin, iki övladının qürur mənbəyi, qardaşının ağızdolusu öyündüyü igid, bir sözlə, əzizlərinin fəxrisən. Sən bütün Azərbaycanın baş tacı, qürur, qeyrət rəmzisən, igid döyüşçü! Vətənin çörəyi, suyu halalın olsun. Ödənilməz haqqını bizə, bu Vətənə halal et, qazi qardaşımız! Sənin təmənnasız Vətən sevginin qarşısında borcumuz bitib-tükənməz, minnətdarlıq hisslərimiz isə sözlə ifadə edilə bilməyəcək qədər sonsuzdur. Varlığına hər zaman duaçıyıq, qalib qazimiz!

Sevinc Ədalətqızı,

yazıçı, tədqiqatçı, publisist, “Qızıl Qələm Media Mükafatı” laureatı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ulu öndər Heydər Əliyevin növbəti xilaskarlıq missiyası

Next

Bu təlim Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlara hesablanıb – Ehtiyatda olan baş leytenant

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv