Qazaxıstanda koronavirusdan son sutka 772 nəfər sağalıb, 1002 nəfər yoluxub
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1002 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 222 671 nəfərə çatıb, onlardan 2 837 nəfəri isə vəfat edib.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 772 olmaqla 205 554 nəfəri sağalıb.

