İSLAM 

Şaban ayı nə vaxt başlayır?

Hörmətli oxucular, əziz müsəlmanlar!

Müqəddəs 3 aylardan (Rəcəb, Şaban, Ramazan) ikincisi olan Şaban ayının astanasındayıq. Bu il Şaban ayının 1-i martın 15-nə təsadüf edir. Yəni, martın 14-dən 15-nə keçən gecə Şaban ayının ilk gecəsi olacaq.

Bu ay hər bir müsəlman üçün mənəviyyatını kamilləşdirmək və nuraniyyətini artırmaq üçün gözəl şansdır.

Bu ayın özünəməxsus fəzilət və bərəkəti, eləcə də, bir çox dua və əməlləri vardır. Bu əməllər və dualar əks olunan məqalələr saytımızda müvafiq blokda təqdim ediləcək.

Allah sizə Şaban ayının fəzilətlərini, Onun razılığını qazanaraq mübarək Ramazan ayına pak qədəm qoymağı nəsib etsin!

Daha çox xəbərlər