Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Aliment Fondu – köməksiz uşaqlı qadınların əsas problemi çözüləcəkmi?

By Vüsal Rafiqoğlu
13.03.2021 3 Min Read

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da Aliment Fondunun yaradılması ilə bağlı təklif irəli sürülüb. Təklifi irəli sürən qurum isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilidir (Ombudsman). Bu barədə Ombudsmanın 2020-ci il üzrə məruzəsində qeyd olunub.

Məruzədə vurğulanan təklifə görə, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmi (Aliment Fondu) yaradılmalıdır.

Qeyd edək ki, məruzə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Bəs bu fond boşanmış qadınların ən yaralı yeri olan aliment problemini nə dərəcədə həll etmiş olacaq?

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, bu mövzu ilə bağlı hələ bir müddət bundan əvvəl məsələ qaldırıblar: “Bizə qadınlardan çoxlu sayda ərizələr gəlirdi ki, aliment ala bilmirlər. Biz məcbur idik ki, aliment verməyən şəxsi polisə verək. Polis də həmin şəxsi tapıb salırdı həbsxanaya ki, pulu tapıb ödəsin. Bunu qadınlara qarşı zorakılıq kimi qəbul edib, belə bir məsələ qaldırmışdıq ki, bir fond yaradılsın, dövlət hər ay ailələrə aliment ödəsin, sonradan alimenti qarşı tərəfdən alsın. Qarşı tərəf pulu ödəyə bilməyəndə göndərsinlər lap küçə süpürməyə, daş daşımağa ki, nəhayət işləsin pulu ödəsin”.

"Novella"

Novella Cəfəroğlu: “Kişi küçə süpürməklə də olsa, alimentini ödəməlidir”

Novella Cəfəroğlu yeni yaradılacaq fondun çox böyük əhəmiyyətə malik olduğunu vurğuladı: “Bu məsələni çox alqışlayıram. Bununla çoxlu sayda qadınların problemləri həll olunacaq. Həm də qadınlara qarşı zorakılıq, şiddət hallarının da qarşısı alınacaq, məhkəmələrin işi artıq rahat olacaq. Eyni zamanda kişilər də məsuliyyət daşıyacaq ki, aliment ödəməsə, mütləq şəkildə işləyib, onu ödəməlidir”.

Əsabəli Mustafayev qeyd etdi ki, daim mütəxəssislər, hüquqşünaslar, vəkillər bu məsələni gündəmə gətirib, ictimailəşdirib ki, digər dövlətlərdə olduğu kimi Azərbaycanda da Aliment Fondunun yaradılsın: “Çünki müxtəlif səbəblərdən kişilər alimenti ödəyə bilmir və bəzən səbəblər onlardan asılı olmur. Məsələn, ya iş yerləri, qazancları yoxdur və yaxud çox aşağıdır. Və yaxud icraçılar aliment ödəyəcək şəxsi tapa bilmir, çünki Rusiyaya, digər ölkələrə işləməyə gedib və sairə. Bu müddət ərzində isə uşaq böyüyür, onun ehtiyacları, təminatı var. Qadın hamısının öhdəsindən tək gələ bilmir və düşür qapı-qapı haradansa kömək diləyir, alçaldıcı şəraitə düşür. Bu baxımdan düşünürəm ki, yeni yaradılacaq fond bunun öhdəsindən gələ biləcək. Bir şeyi də unutmaq olmaz ki, uşaqların gələcəyinin təmin olunması, tərbiyəsi, təhsili dövlətin marağındadır. Maddi durumu çox aşağı olub, tək başına uşaq böyüdən qadın üçün övladına tam təhsil vermək, sağlamlığını qorumaq, gələcəyini tam təmin etmək imkansız olur. Bu da gənc nəslin yetişməsində problemlər yaradır. Araşdıranda məlum olur ki, narkomaniyaya qoşulmuş, oğurluq edən gənclərin əksəriyyəti məhz bu cür, natamam ailələrdən çıxır. Həmin ailələrdə maddi təminat aşağı olduğu üçün gənclər kriminal şəraitə düşürlər”.

Əsabəli Mustafayev: “Fondun yaradılması həm də bir çox cinayətlərin qarşını alacaq”

Hüquqşünas qeyd edib ki, belə bir fond yaradılmaqla həm də bir çox cinayətlərin də qarşısı alınacaq: “Praktikada görürük ki, bir çox hallarda məişət zorakılığının qurbanı olan qadınlar məhz aliment tələb etdiyi üçün zorakılığa məruz qalır və hətta faciə qurbanına çevrilir. Belə ki, kişi aliment ödəmədikdə şikayət edir, kişi buna görə qadına təzyiq göstərir, xəsarət yetirir və sairə. Fondun yaradılması bu cür hadisələrin də sayının azalmasına təsir edəcək. Dövlətin gücü, qüdrəti, alətləri və vasitəsi var ki, Aliment Fondu yaratsın, fonddan ailələrə aliment ödəsin və sonradan həmin vəsaiti aliment ödəməli şəxsdən alsın. Dövlət üçün bu problem olmayacaq. Tutaq ki, işi olmadığı üçün aliment ödəyə bilməyən şəxsləri ictimai işlərə cəlb edərək, oradan ona maaş verərək, ondan pulu ala bilər. Yəni, bu çox asan variantdır. Beləliklə, biz vəkillər, hüquqşünaslar bu məsələyə çox sevinirik və alqışlayırıq. Hesab edirəm ki, qadınlar daha çox sevinəcək”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Heratda polis bölməsini partlatdılar: çox sayda ölü və yaralı var

Next

Tovuzda 16 yaşlı qız intihara cəhd edib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv