Dünya 

Gürcüstanda daha 9 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 344 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  274 721, ölənlərin sayı isə 3 643 nəfərə çatıb.

Virusa yoluxanlardan 268 004 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər