Üzərində “Allah” yazılan ayaqaltılar – Məşhur şirkətin bu addımı müsəlmanları AYAĞA QALDIRDI
Amazon e-ticarət saytının üzərində ərəb dilində ayə və “Allah” sözü yazılan hamam ayaqaltılarını satışa çıxarması böyük qalmaqala səbəb olub.
ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, müsəlman dünyasının sərt narazılığıyla üzləşən şirkət məhsullarını satışdan yığışdırmaq məcburiyyətində qalıb. ABŞ-da fəaliyyət göstərən Amerika-İslam Münasibətləri Şurasının bəyanatından sonra “Amazon” ayaqaltıların satışını dayandırıb.

