Vətən müharibəsinin iştirakçısı vəzifəyə təyin edildi
Vətən müharibəsi iştirakçısı Musayev Mahir Seyidağa oğlu Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilib.
Bildiririk ki, sıravi əsgər kimi 44 günlük Vətən müharibəsində iştirak etmiş Mahir Musayev Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur.
Erməni təxribatçılarına qarşı döyüş bölgələrində baş kəşfiyyatçı olaraq göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

