ABŞ-da öz məktəbinə hücum hazırlayan 14 yaşlı şagird saxlanılıb
ABŞ-ın Napa ştatının polisi məktəbinə silahlı hücum hazırlayan 14 yaşlı məktəblini saxlayıb.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, məktəblinin evindən silahlı hücumun hazırlığını sübut edən əşyalar tapılıb.
Polisə şübhəli bilinən şəxsdən ünvanına təhdidlər alan məktəbin şagirdi müraciət edib. O həmçinin qeyd edib ki, hücumu planlaşdıran şəxs məktəbdə atışma törətmək istəyib.
Hücuma hazırlaşan şəxs polis tərəfindən saxlanılıb, digər məktəblilərin həyatı üçün təhlükə yoxdur.

