Ölkə üzrə indiyə qədər 232 min 231 ton pambıq yığılıb
ARANTV.AZ xəbər verir ki, ölkəmizdə pambıq yığımı hələ yekunlaşmayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarın 8-ə kimi pambıq qəbulu məntəqələrinə 232 min 231 ton məhsul təhvil verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur. Pambıq yığımı üzrə Ağcabədi 3-cü yerdə qərarlaşıb. Bu rayonda 10 min hektar sahədən 23 min 211 ton pambıq yığılıb. Artıq növbəti mövsümə hazırlığa da başlanılıb.
Sahələrdə pambıqyığan kombayınların yerini indi də şum traktorları tutub. Yazda çiyid səpiləcək sahələr hazırda şumlanır. Sonra da arata qoyulacaq. Fermerlər artıq növbəti mövsüm üçün hazırlıqlara başlayıblar. Bununla belə, 2018-ci ilin pambığının yığımı da hələ yekunlaşmayıb. Ağcabədili pambıqçılar 10 min hektar sahədən indiyə qədər 23 min 211 ton məhsul yığıblar. Məhsuldarlıq hər hektardan orta hesabla 23,2 sentner təşkil edib. Fermerlər bunu dövlətini dəstəyi ilə sahələrə yüksək səviyyəli qulluq göstərmələrinin nəticəsi kimi qiymətləndirirlər.
Yığılan pambıq “MKT İstehsalat Kommersiya” İB, “Azərpambıq” və “P-Aqro” MMC-lərə təhvil verilir.
Fermerlər artıq növbəti mövsüm üçün şirkətlərlə müqavilə bağlayırlar. Qış şumu da bu müqaviləyə uyğun aparılır. Fermerlərin texnika ilə təminatında dövlət dəstəyi yüksəsk səviyyəədir. Məhsul yğımında da əsasən texnikanın köməyindən istifadə olunub. Hazırda isə əllə pambıq yığımı davam etdirilir. Sahələrdən son qozalar yığılır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Saatlı ötən il olduğu kimi bu il də pambıq yığımında liderdir. Bu rayonda 15 min 815 hektar sahədən 30 min 366 ton pambıq yığılıb. Bərdə 25 min 334 tonla ikinci, Ağcabədi 23 min 211 tonla üçüncüdür. Ölkə üzrə isə pambıq qəbulu məntəqələrinə indiyə qədər 232 min 231 ton məhsul təhvil verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur. 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda isə xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

