Şəxsi heyət şəhid komandirin övladının ziyarətinə getdi – FOTO/VİDEO
Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Məmmədhəsən Sadiqlinin komandiri olduğu şəxsi heyət onun ata ocağına – Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kəndinə baş çəkib.
Onlar şəhidin övladı Uğurun ziyarətinə gəliblər. Şəxsi heyət Uğurun qarşısında hərbi salam verib.
Bu görüşü əks etdirən görüntülər sosial şəbəkədə yayılıb. Videonu təqdim edirik:

