Tarixi eksponatlar bərpa olunur
ARANTV.AZ xəbər verir ki, ölkədə muzeyləri kimi ekspozisiyalar da yenilənir. Bu missiyanı isə Muzey sərvətləri və xatirə əşyalarının elmi-bərpa mərkəzi həyata keçirir. Mütəxəssislər ötən il 600-ə yaxın eksponata yeni həyat veriblər.
Bu əşyanın yarım əsrə yaxın yaşı var. Bərpa prosesindən sonra İmişli Tarix Diyarşünaslıq Muzeyinə gələn qonaqlar onu əyani görə biləcəklər. Muzeylərdə gördüyümüz belə eksponatlara ikinci həyatı onlar verirlər. Bərpaçılar… İşlərində səbr vacib rol oynayır. Orijinallığa xələl gəlməsin deyə əşyaların üzərində zərgər dəqiqliyi ilə çalışırlar. Məsələn, bu xalça mərkəzə Gəncənin Nizami Gəncəvi muzeyindən daxil olub. Quba məktəbinə aid olan sənət nümunəsi keyfiyyətini itirməsə də köhnəlib. Mərkəzdə yeni həyat qazanmaqla hələ uzun illər muzeyin ekspozisiyasında nümayiş oluna bilər. Bərbaçılar deyirlər ki, bu olduqca məsuliyyətli işdir. Onlar, əsrlər əvvələ aid eksponatlara yeni həyat verməkdən zövq alıqlar.
Muzey sərvətləri və xatirə əşyalarının elmi-bərpa mərkəzində xüsusi şura fəaliyyət göstərir. Əməkdaşlar mərkəzə daxil olan eksponatları təhlil edir, zədələri müəyyənləşdirib, əşyanı bərpaçıya təhfil verirlər. Hər bir eksponat üçün isə elmi pasport açılır. Hazırda mərkəzdə müxtəlif muzeylərdən daxil olmuş onlarla muzey əşyası bərpa mərhələsindədir. Hər biri də öz orijinallığı ilə seçilir.
Tarixi əşyalar bərpa olunduqdan sonra aid olduqları fondlara təhvil verilirlər. Bərpaçılar isə bu qələbələrinə sevinərək ən maraqlı əsərlərin surətini çıxararıb təşkil olunan sərgilərdə nümayiş etdirirlər.

