Hadisə 

Bakıda partlayış: ana və övladları öldü

Bakıda partlayış olub.

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 9-da səhər saat 4 radələrində Yasamal rayonunda baş verib.

Partlayış ikimərtəbəli yaşayış binasında qaz sızmasından qeydə alınıb. Hadisə nəticəsində mənzildə yaşayan ana və iki övladı vəfat edib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.

Daha çox xəbərlər