Rusiyada qatar qəzası: 17 yük vaqonu relsdən çıxdı – FOTO/VİDEO
Rusiyanın Çelyabinsk vilayətində kömürlə yüklənmiş 17 vaqon relsdən çıxıb. Hadisə yerli vaxtla 05:20-də (Bakı vaxtı ilə 04:20) Sırostan-Xrebet ərazisində baş verib.
Bu barədə “İzvestiya” xəbər yayıb.
Qəzada zərərçəkənin olmadığı bildirilir. Ancaq dəmiryoluna zərər dəyib. Ərazidə qatarların hərəkəti dayandırılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.

