Sosial 

Banklar Assosiasiyası: “Elektron məhkəmə üzrə banklar sistemə tam inteqrasiya olunub”

Hazırda Ədliyyə Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasındakı fəaliyyət üzrə üç işçi qrupu yaradılıb.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov məlumat verib.

O bildirib ki, 2019-cu ildən Azərbaycan Banklar Assosiasiyası ilə Ədliyyə Nazirliyi arasında başlayan əməkdaşlıq uğurla davam etdirilir:

“Yaradılan işçi qruplar – Elektron məhkəmə işi üzrə, Notariat üzrə və Elektron icra sistemləri ilə əlaqədardır. Bütün bu qruplarda ABA-nın müvafiq şöbələri üzrə rəhbər şəxslər iştirak edirlər. Bu müddət ərzində işçi qrup tərəfindən qaldırlan işlərin böyük əksəriyyəti həll olunub”.

Y.Abdulov mobil ədliyyə sistemi ilə bağlı da məlumat verib:

“Mobil ədliyyənin gətirdiyi imkanlar elektron məhkəmə işi üzrə, notariat üzrə və elektron icra sistemlərinə aiddir. Artıq elektron məhkəmə üzrə banklar sistemə tam inteqrasiya olunublar, digər istiqamətlər üzrə də işlər aparılır. Pandemiya dövründə bankların rəqəmsal ödənişlərlə bağlı göstərdiyi xidmətlər artıb və bu artım electron ədliyyə sisteminin də əhəmiyyətini artırır”.

Daha çox xəbərlər