Cəmiyyət 

Yasamal rayon icra hakimiyyətindən qaz partlayışı ilə bağlı — AÇIQLAMA

Yasamalda partlayışın səbəbi ehtiyatsızlıq olub.

ARANTV.AZ xəbər verir ki, yanvar ayının 9-u gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.

Yasamal Rayon İcra Hakimiyyətindən əldə edilən məlumata görə həmin ünvanda aparılan ilkin araşdırmalardan buradakı  hadisənin   ehtiyatsızlıq ucbatından baş verdiyi məlum olmuşdurmişdir.  Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olmuşdur.

Məsələnin araşdırılması davam edir.

ölkə.az

Daha çox xəbərlər