Siyasət 

“L’Opinione”: “Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən kriminal xunta rejimi yaradılıb”

ARANTV.AZ xəbər verir ki, İtaliyanın “L’Opinione” qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə dərc olunub. Yazıda qeyd olunur ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının legitim və ayrılmaz hüquqları bərpa olunmadan, o cümlədən onların öz doğma torpaqlarına qayıtması təmin edilmədən münaqişənin ədalətli və davamlı həlli mümkün deyil.

“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən kriminal xunta rejimi yaradılıb, bu qondarma rejim total nəzarəti altında saxlanılır.” İtaliyanın “L’Opinione” qəzetində dərc olunan məqalədə həmçinin qeyd olunur ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının legitim və ayrılmaz hüquqları bərpa olunmadan, o cümlədən onların öz doğma torpaqlarına qayıtması təmin edilmədən münaqişənin ədalətli və davamlı həlli mümkün deyil. Bərabərhüquqlu tərəflər olan bu icmalar arasında Azərbaycanın sərhədləri daxilində sülh şəraitində gələcək birgəyaşayış təşviq edilməlidir. Yazının müəllifi Domenico Letizia bildirir ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal edib. İşğalçı qüvvələrin ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını tələb edən beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi yerinə yetirilmir. Qeyd edilib ki, etnik təmizləmə nəticəsində bölgəni tərk etmək məcburiyyətində qalan azərbaycanlı icma Dağlıq Qarabağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsində iştirak etmək kimi qanuni hüquqa malikdir.

Daha çox xəbərlər