Hadisə 

Paytaxtda yolu keçən gənci avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Abışov Nadir Məhəmməd oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Ona bel-omba nahiyəsinin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.“Report”

Daha çox xəbərlər