Motosikletlə avtomobil toqquşdu: Xəsarət alan var
Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Xəlilli Hüseyn Abbas oğlu motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub və xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldırın əzilmiş yarası diaqnozu qoyulub.“Report”

