Siyasət 

Slovakiya şirkətləri azad edilmiş ərazilərin bərpasında iştirak edə bilər

Bu gün Azərbaycanda səfərdə olan Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçokla Azərbaycan xarici işlər naziri arasında görüş keçirilib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, görüşdən sonra nazirlərin birgə mətbuat komfrası keçirilib və görüşdə müzakirə olunan məsələlər barəsində məlumat verilib.

C.Bayramov bildirib ki, görüş zamanı enerji, nəqliyyat, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.

Nazirin sözlərinə görə, həmçinin BMT ATƏT, Şərq Tərəfdaşlığı kimi beynəlxalq platformalar çərçivəsində iki ölkə arasında əməkdaşlığın perspektivləri, işğaldan azad edilmiş Azərbaycan ərazilərində birgə bərpa və quruculuq işləri müzakirə edilib.

Daha çox xəbərlər