Kriminal 

Bakıda qadın keçmiş əri tərəfindən bıçaqlandı

Qadın keçmiş əri tərəfindən bıçaqlanıb.

ARANTV.AZ  xəbər verir ki,hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib. 38 yaşlı Rzayeva Aynur Osman qızı bədənin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılır.Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.

Araşdırmalar nəticəsində qadının keçmiş həyat yoldaşı tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlandığı məlum olub.Faktla bağlı cinayət işi başlanılıb.Araşdırma aparılır.


Ölkə.Az

Daha çox xəbərlər