Sosial 

“WhatsApp”da problem niyə yaranıb? – Nazirlik AÇIQLADI

Bu gün saat 21:00 radələrindən başlayaraq “WhatsApp” beynəlxalq platformasının fəaliyyətində problem yaranıb.

ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən yaranan problemin lokal deyil, qlobal xarakter daşıdığı bildirilib.

Dünyanın bir çox ölkələrindən olan tətbiq istifadəçiləri bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Saat 22:00 radələrindən etibarən problem aradan qalxıb.

Qeyd edək ki, bu gün axşam saatlarında Azərbaycanda və dünyanın bir çox ölkələrində “Whatsapp”la yanaşı, “İnstagram” və “Teleqram” social şəbəkələrinin istifadəsində də problem yaranmışdı.

Daha çox xəbərlər