Ramil Usubov polis rəisini yeni vəzifəyə təyin etdi
İsmayıllı rayon Polis Şöbəsinin rəisi Telman Ağasiyev vəzifəsindən azad edilib.
ARANTV.AZ-ın məlumatına görə, bununla bağlı müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
Bildirilir ki, Telman Ağasiyev Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində vəzifəyə təyin edilib.oxu.az

