Hadisə 

Yevlaxda zəncirvari qəza: Xəsarət alanlardan üçü uşaqdır

Yevlax rayonunda zəncirvari qəza baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, martın 20-də rayon ərazisindən keçən magistral yolda VAZ-2106, “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində üçü azyaşlı olmaqla, yeddi nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər