Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

“Növbəti baharı Şuşada, Laçında qarşılayaq” arzumuz gerçək oldu

By Vüsal Rafiqoğlu
20.03.2021 2 Min Read

“Yurdumuza bahar gəlir. Yaz çiçəklərinin açması ilə bərabər Qarabağ arzularımızın da çiçək açdığı bir bahar. Uzun illər ərzində bütün xalqın nisgilinə dönmüş Qarabağ arzularımızın çin olması ilə birlikdə gələn bir bahar. Çiskin bir payızda, qış sazağı qapıları döymədən azadlığına qovuşmuş Qarabağ son 30 ildə azadlığın ilk baharına qədəm qoyur. Bu bahar başqa bir bahardır – təbiətlə bərabər ruhumuza və şüurumuza gələn bir bahardır. O dərdli könülləri ovundurur, yandırılan və yağmalanan Qarabağın uzaq və soyuq xatirələrini qızındırır, əsarətdən qurtulmuş doğma torpaqlara yeni nəfəs gətirir. Bu bahar Şuşa dağlarının yamaclarında və hər bir azərbaycanlının ürəyində açan xarıbülbülün azadlığa açılan ilk baharıdır.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, “Növbəti baharı Qarabağda – Şuşada, Laçında qarşılayaq” arzularımız artıq gerçəkliyə çevrilib. İndi bütövləşmiş vətənimizə bahar Qarabağdan gəlir. 28 ildən sonra Prezident İlham Əliyev tərəfindən yandırılan ilk Novruz tonqalı ilə Şuşaya gələn yaz nəfəsi bu torpağa can verib onu əsarətdən xilas edən qəhrəman oğullarımızın isti nəfəsidir. Şuşa dağlarının dumanını yararaq torpağı qızındıran, təbiəti canlandıran, çaylarımızı gurlandıran yaz günəşinin ilk parlaq şüaları Qarabağ şəhidlərimizin nurlu çöhrəsini xatırladır.”

C.Feyziyev qeyd edib ki, torpağın oyanması ilə baş qaldıran bənövşələr, nərgizlər şəhid qanı ilə suvarılmış Qarabağ torpağını bəzəməyə tələsir: “Azadlığa qovuşmağın baharı ilə öz sahiblərinə qovuşmağın baharını birgə yaşayan Qarabağ tezliklə yaz libasına bürünəcək. Qarabağ al-əlvan geyinəcək. 30 il ərzində düşmən işgəncələrinə dözən, lakin təslim olmayan Qarabağın yaraları sağalacaq. Dağıdılmış, viran qoyulmuş kəndlərimizə, şəhərlərimizə və meşələrimizə yeni həyat gələcək. Bütün nisgillər və əzab-əziyyətlər unudulacaq. Qarabağı xalqımıza qaytaran müqəddəs ruhlardan başqa. Vətən müharibəsi şəhidlərinin ruhu hər zaman Qarabağda dolaşacaq, onu düşmən nəfəsindən qoruyacaq, onun dirilişinə sevinəcək. Qarabağ dirçələcək, Yer üzünün əşrəfi ilə Təbiətin ahəngdar yaşamında həyat öz axarına qayıdacaq. Fəsillər dəyişəcək, illər keçəcək. Qarabağda isə daimi bahar olacaq – Azadlıq baharı. İllər keçəcək, nəsillər dəyişəcək, amma Qarabağı öz baharına qovuşduran şəhidlərimiz heç zaman unudulmayacaq. Onların əziz xatirəsi hər evdə, hər ailədə əziz tutulacaq. Xalqımızı öz doğma torpaqlarına qovuşduran bahar, bütün arzularımızın anası olan Qarabağ baharı heç zaman bu torpaqlardan çəkilməyəcək. Baharın əbədi olsun, əziz Qarabağ! Bahar bayramın mübarək olsun, doğma Azərbaycan!”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yevlaxda zəncirvari qəza: Xəsarət alanlardan üçü uşaqdır

Next

Aprelin 1-dən ən çox istifadə etdiyimiz bu tibbi xidmətlər pulsuz olacaq – SİYAHI

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv