Gündəm Manset 

Qarabağ ətirli Novruz bayramınız mübarək olsun!

Əziz xalqım,sizi tarixi minillərlə ölçülən və milli adət-ənənələrimizdə özünəməxsus yeri olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə can sağlığı, səadət, bahar təravətli günlər arzu edirəm.
Azərbaycanın milli-mənəvi dəyərlər sistemində xüsusi yeri ilə seçilən Novruz bayramının hər il yüksək səviyyədə qeyd olunması xalqın mədəni keçmişinə ehtiramın göstəricisidir.

Zaman-zaman qadağalarla üzləşməsinə, yasaqlanmasına baxmayaraq xalqımız mənəvi irsimiz olan Novruz ənənələrini yaşatmış və yad təsirlərdən qorumuşdur.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası, xüsusilə də Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra milli-mənəvi dəyərlərimizə xüsusu diqqət ayrıldı. Ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin diqqət və qayğısı iləNovruz bayramı hər il yüksək səviyyədə qeyd olunur. Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil edilmiş və 21 mart tarixi BMT-nin Baş Assambleyası tərəfindən “Beynəlxalq Novruz Günü” elan olummuşdur.

Builki Novruz bayramı torpaqlarımızın azad edilməsi, şanlı ordumuzun tarixi qələbəsi sayəsində xüsusi önəm daşıyır. Bu bayram günlərindəAzərbaycan əsgərinin azad edilmiş ərazilərdə çatdığı bayram tonqalları, qələbə təşnəsi ilə alışıb yanan xalqımız tərəfindən xüsusi coşqu ilə qarşılanır.

Cənab Prezident İlham Əliyevin ailəsi ilə birgə bayramı Şuşada qeyd etməsi də istər əsgərlərimiz, istərsə də xalqımız tərəfindən böyük sevgi ilə qarşılandı. Şübhəsiz ki, bu şanlı qələbə şəhidlərimizin, qazilərimizin qanı bahası, xalqımızın nümayiş etdirdiyi tarixi birlik, həmrəylik sayəsində əldə edildi.

“AranTv” kollektivi adından bütün Azərbaycan xalqımı təbrik edir, şəhidlərimizə Allahdan rəhmət,qazilərimizə can sağlığı diləyirəm. Qoy, bu Novruz bütün xalqımıza, millətimizə düşərli olsun. Bütün dərdlər unudulsun, üzlərdə təbəssüm, ürəklərdə bol sevinc, sağlamlığınız möhkəm, arzularınız sonsuz, ürəyiniz ümidli, ümidləriniz atlı, sevdanız qanadlı, sevinciniz qatlı, süfrəniz dadlı, məkanınz taxtlı, ömrünüz bəxtli, eviniz bərəkətli olsun!

Qarabağ ətirli Novruz bayramınız mübarək!

 

“Aran Media” qəzetinin baş redaktoru

Şeyda Əzizova

Daha çox xəbərlər