Hadisə 

Bakıda evdə dəhşətli yanğın: Ər və arvad xəsarət aldı

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 600 kvadratmetr olan üçmərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 200 kvadratmetr sahədə yanıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Daha çox xəbərlər