Dünya 

Elbrusda alpinist itkin düşüb

3500 metr olan Elbrus dağında alpinist qrupun üzvlərindən biri itkin düşüb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkariya Regonal İdarəsi məlumatb yayıb.

Bildirilib ki, yerli vaxtla saat 22:30-da Taqanroqdan olan 1983-cü il təvəllüdlü qrup üzvünün axtarışına başlanılsa da, tapılmayıb.

Axtarışın bu gün səhər saatlarında – 07:00-da davam etdiriləcəyi planlaşdırılıb.

Daha çox xəbərlər