Polis əməkdaşları şəhid ailələrini ziyarət edib
Novruz bayramı münasibəti ilə Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərini ziyarət edib.
DİN-in Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, polis əməkdaşları bayram münasibətilə şəhid ailələrini təbrik ediblər, onlara bayram sovqatları təqdim olunub.
Ziyarət zamanı şəhidlərimizin şücaəti və mərdliyi xatırlanıb, qəhrəmanlarımızın heç vaxt unudulmayacağı və daima yaddaşlarda yaşayacığı qeyd olunub. Görüşlərdə şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

