Manset Region Xəbərləri 

Bərdənin “Heyvan bazarı”ndan reportaj

Bura ənənəvi bazarlardan fərqlənir. Həftənin yalnız bir günü alıcı-satıcı üzünə açıq olan bu bazarda müxtəlif ev heyvanlarının satışı həyata keçirilir.
Söhbət Bərdə rayon köhnə kolxoz bazarının arxasında  yerləşən, heyvansevərlərin tez-tez üz tutduğu “Quş bazarı”ndan gedir. Maraqlıdır, ev və çöl quşları ilə yanaşı, müxtəlif növ heyvanlarının satıldığı bazar nədənsə daha çox “Quş bazarı” kimi tanınır…
Bu bazarın satıcıları da fərqlidir. Daimi satıcılarla yanaşı, özünün şəxsi ev heyvanını satışa çıxaranlar da az deyil.
Burada qırqovul, göyərçin, bildirçin, ları xoruz, dovşan, it,  bir sözlə, ev heyvanı deyiləndə yada düşən müxtəlif heyvanların satıldığına şahid olmaq olur.
Satıcılar deyirlərki ,çalışırıq ki, qiymətlər müştərinin cibinə uyğun olsun. . Alıcılarında  imkanı çatsın”.
Göyərçin satan satıcılar bildirirlər ki göyərçinlərinn qiymətlərinin fərqli olması onların havada uzun müddətli uçması və özünə məxsus oynamasıdır .Ları xoruz satan satıcımız isə bildiririr ki,  xoruzların qiymət fərqliliyi onun cinsindən və döyüş qabiliyətinə görə fərqlənir..

Daha çox xəbərlər