Gündəm 

ƏDVİYYAT, BİTKİ ÇAYLARI VƏ DƏRMAN BİTKİLƏRİNİN TARİXİ İNKİŞAFI HAQQINDA

Hörmətli oxucular ilk öncə bildirim ki, mən Şəmkir Peşə Liseyində Meyvə-Tərəvəz Ustası ixtisası qrupumuzda tələbələrimizə tədris etdiyim Modul ”Ədviyyat, Bitki Çayları Və Dərman Bitkiləri”dərs vəsaitimdən lazımı tarixi məlumatları burda sizlərə çatdıracam.
Modul dərs vəsaiti müvafiq tədris proqramları üzrə bilik və bacarıqların verilmesi meqsedile hazırlanmışdır və ilk-peşə-ixtisas təhsili müəssisələrində müvafiq modulların tədrisi üçün verilməsi məqsədilə tövsiyə edilmişdir.
Müəllifi: Abbas İsmayılov

Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 23 noyabr 2017-ci il tarixli, 415 saylı əmr ilə təsdiq edilib.

Hələ İnsanlar çox qədim dövrlərdən, yəni Paleolit erasından başlayaraq ədviyyat və qatqılardan istifadə etməyə başlamalari mueyyen edilib.

Bele ki, Tarixi mənbələrdən oxuyuruq: İbtidai insanların ilk məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. Onlar yabanı meyvə giləmeyvə,quş yumurtası toplayır,yeməli әdviyyatlı bitkilərin köklərini,torpaqda olan cücülərin süfrələrini qazıb çıxarırdılar. Əsas yığıcılıqla qadınlar məşğul olurdular. Burdan da bele məlum olur ki, qәdim vaxtlardan insanlar öz qidasını müəyyən qədər әdviyyatlı bitkilәrdәn almışlar.
Bu bitkilәrin yüksәk qidalılığı, pәhriz әhәmiyyәti, dadı, müalicә xassәlәri uzaq keçmişdәn mәlumdur.
Amerika tәdqiqatçısı Q.Uebeterin göstәrdiyi kimi әdviyyatlı bitkilәr Misir, Roma vә Yunanıstanda çox qәdimdәn mәlum idi.

Eramızdan әvvәl I әsrdә qәdim Roma filosofu Publpya Vergiliyanın bağında xeyli әdviyyatlı bitkilər becәrilirdi. Eramızın әvvәllәrindә bu bitkilәrdәn bәzilәri Sezarın döyüşçülәri tәrәfindәn Britaniyaya gәtirilmiş vә burada becәrilmәyә başlanmışdır. Bunların içәrisindә reyhan, kәklikotu, keşniş, cirә, şüyüd, cәfәri vә başqaları var idi. IX әsrdә imperator Böyük Karlın göstәrişinә әsasәn 70-dәn yuxarı әdviyyat bitkiləri Mәrkәzi Avropada mәdәnilәşdirilmişdir. İngiltәrә, Fransa vә digәr ölkәlәrin orta әsrlәrә aid bir sıra monastır arxivlәrindә müxtәlif bitkilərin becәrilmәsi, kulinariyada, tibb vә məktәblərdә istifadәsi barәdә mәlumatlar vardır. Orta əsrlәrdә әdviyyata tәlәbat böyük idi. Ona görә dә sәyyahlar dәniz vә okeanlarla uzun illәr yol getməkdə məqsəd tәkcә qızıl deyil, hәm dә әdviyyat bitkilәri axtarırdılar. Әdviyyat bitkilәrinә aid geniş mәlumatları XV-XVII әsrlәrdә böyük bağban vә herbaristlәrdәn Tomos Treeser, Herard (1595) vә Parson (1623) əldə etmişlər. Onların әsәrlәrindә keçmiş әsrlәrdә alim vә tәcrübәçilәrin müşahidә vә mәslәhәtlәri geniş istifadə olunmuşdur. XVII әsrin sonundan XIX әsrin ortalarına kimi bu bitkilәrә maraq daha da artmışdır.


1883-cü ildә ABŞ-da buraxılan kataloqlardan birindә 140 qiymәtli әdviyyat bikisi tәsvir olunmuşdur.
Son 50 ildә mәlum olmuşdur ki, bir sıra әdviyyatlı bitkilәr müxtәlif vitaminlәrlә, qiymәtli mineral duzlar vә dәrman әhәmiyyәtli maddәlәrlә xeyli zәngindir. Tərkibindә olan әtirli efir yağları, qlikozid vә digər maddәlәr, әrzaq mәhsullarının keyfiyyәtini daha da yaxşılaşdırır, hiss orqanlarını qıcıqlandırır, dad vә hәzm orqanlarının fәaliyyәtini artırır, iştah yaradır, qida maddәlәrinin mәnimsәnilmәsini, maddәlәr mübadilәsini sürәtlәndirir, әsәb, ürәk-damar sistemlәrinin fәaliyyәtini nizama salır, orqanizmin ümumi vәziyyәtinә müsbәt tәsir göstәrir. Qәdim xalqlar әdviyyatın әhәmiyyәtini başa düşdüklәri üçün deyirdilər ki, ədviyyatsız fayda vә sevinc yoxdur. İndiki zamanda әdviyyat bitkilәrinә təlәbat, xüsusilə artmışdır.

Ardı var …

Şəmkir Peşə Liseyi və Şəmkir Koltəhnəli kənd tam orta məktəbin müəllimi Maral Vəliyeva

Daha çox xəbərlər