Hələb atəşə tutuldu – 17 yaralı var
Suriyada terrorçular Hələbin Əl-Salihin və Əl-Firdaus bölgələrinə reaktiv raketlər atıb. Nəticədə iki mülki şəxs ölüb və azı 17 nəfər yaralanıb.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bunu Suriyada Döyüşən Tərəflərin Sülh Mərkəzinin direktor müavini kontr-admiral Aleksandr Karpov bildirib.
“Hələbin Əl-Salihin və Əl-Firdaus bölgələrinin terrorçular tərəfindən raketlərlə atəşə tutulması nəticəsində iki mülki şəxs öldürülüb və azı 17 mülki şəxs yaralanıb”, – deyə Karpov əlavə edib.

