Hadisə 

Vərəm xəstəsi dispanserdən qaçdı

Xəstəxanadan xəstə qaçıb.

ARANTV.AZ-ın məlumatına görə, 1977-ci il təvəllüdlü İmanov Aydın Sərvər oğlu Buzovnada yerləşən 7 saylı Vərəm Əleyhinə Dispanserdən qaçıb.

Belə ki, Xəzər rayonu, Türkan qəsəbə sakini müalicə olunmaq üçün iyulun 23-də dispanserə yerləşdirilib. İyulun 24-dən 25-nə keçən gecə isə xəstəxanadan qaçıb.

Yaxınlarının saytımıza verdiyi məlumata görə, xəstəxanada Aydınla eyni otaqda qalan şəxs iyulun 24-də onun yaxınlarına zəng edib və bildirib ki, Aydın özünü pis hiss edir. Həyat yoldaşı dispanserə gedən zaman Aydının xəstəxanadan getdiyi deyilib.

Məsələ barədə 7 saylı Vərəm Əleyhinə Dispanserlə əlaqə saxladıq.

Dispanserin həkimi Samir Quliyev Aydın İmanovun xəstəxanadan qaçması xəbərini təsdiq edib:

“Xəstəni zorla dispanserdə saxlamaq mümkün deyil. O, özbaşına çıxıb-gedib. Ona güc tətbiq etmək düzgün deyil. Aydın bəy xəstəxananı tərk edib”.

Dispanserdən qeyd edilib ki, xəstəxanada müşahidə kameraları yoxdur:

“Xəstəxananın yeni binası tikiləcək və orada kamera olacaq”.

oxu.az

Daha çox xəbərlər

Leave a Comment