Gündəm 

ADƏTƏN ÖLƏNLƏRİ AĞLAYIRLAR,ANCAQ BÖYÜK SEVGİ ÖLÜMDƏN QORXMUR,ÇÜNKÜ RUHDAN YOĞRULUR…..

Kazımova Suqra İsmayıl qızı Qubadlı rayonunun Mahmudlu kəndində  Seyyid, ziyalı, bir ailədə dünyaya göz açmışdı. Suqra xanım qısa illərdə iki qardaşını, atasını, anasını, bacısını, sayı hesabı bilinməyən qohumlarını itirmişdi. Məcburi köçkün həyatı və dözülməz dərdlər xanım bacımın həyatını yarımçıq qoydu. Ürək çatışmazlığından dünyasını dəyişdi.Müdrüklərimiz çox gözəl demişlər: biri ölüb biri ölməsəydi ,ölmək çox acı olardı: Bu dünyaya gələn bir gün əbədiyyətə qovuşacaqdır: İnsan doğulanda qulağına azan oxunur, öləndə isə cənazə namazı qılınır,demək bir insanın ömrü də azanla namaz arası qədərdir.
Canım bacım qürurlu,şərəfli,qeyrətli bir ömür yaşadın,Allah səni Peyğəmbər(sav)-əfəndimizə ,əhli beytə,on iki imamlarımıza,şəhidlərimizə qonşu etsin.Cənnətdəki yeni evin mübarək əziz bacım.Aran Media Group təşkilatının kollektivi  və baş redaktoru Şeyda Əzizqızı Suqra Kazımovanın ölümü ilə bağlı kədərləndiyini bildirir Ailəsinə ,qohumlarına dərin hüznlə baş sağlığı verir və Allahdan rəhmət diləyirik.

Daha çox xəbərlər