Dünya 

Rusiya FHN-in helikopteri qəzaya uğrayıb, bir nəfər ölüb

Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus “Ka-32” helikopteri Kalininqrad bölgəsindəki Kurşsk körfəzi hövzəsində təlim uçuşu zamanı qəzaya uğrayıb.

ARANTV.AZ  bildirir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb. İki nəfər xilas edilib.

Hazırda yaralılar və ölənlər haqqında məlumat dəqiqləşdirilir.

Daha çox xəbərlər