Dünya 

Pakistanda koronavirusa yoluxanların sayı 640 min 986 nəfərə çatıb

Son günlər Pakistanda epidemioloji vəziyyət yenidən gərginləşib. Ölkədə bir müddət əvvəl başlayan vaksinasiya davam edir.

ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, ölkədə əsasən, Çin və Rusiya vaksinlərindən istifadə olunur.

Məlumatda bildirilir ki, son sutkada COVID-19-a 3944 nəfər yoluxub, pandemiya dövründə xəstələrin sayı 640 min 986-ya çatıb.

Son sutkada 63 xəstə, ümumilikdə isə COVID-19-dan 14 min 28 nəfər dünyasını dəyişib.

Bildirilir ki, xəstəxanalarda 37 min 985 pasiyent var, onların 2 min 587-nin vəziyyəti ağırdır.İndiyədək Pakistanda 588 min 975 xəstə sağalıb.

Daha çox xəbərlər