Dünya 

Hindistan prezidenti xəstəxanaya yerləşdirildi: Bu ay peyvənd olunub

Hindistan Prezidenti Ram Nat Kovind xəstəxanaya yerləşdirilib.

PTI xəbər verir ki, sinə nahiyəsində narahatlıq hiss edən Hindistan başçısı Yeni Dehlidə hospitala aparılıb.

Onun vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, Kovinda bu ay koronavirusa qarşı peyvəndin ilk dozası vurulub.

Daha çox xəbərlər