Kürdəmirdə yol qəzası: Avtomobil aşdı – FOTO
Kürdəmir rayonunda yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
KİA markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
“Report”

