Nissanın icraçı direktoru istefa verdi
“Nissan” avtokonserninin keçmiş başçısı Karlos Qona yaxın olması ilə tanınan Xose Munyos istefa verib.
ARANTV.AZ-ın xəbərinə görə, bu barədə “Kiodo” nəşri məlumat verib.
Daha əvvəl X.Munyos şirkət üçün önəmli əhəmiyyət kəsb edən bölgə olan Çin üzrə işlərin aparılmasından kənarlaşdırılmışdı.
Bundan əlavə X.Munyos ABŞ-da şirkətin işlərini idarə edən zaman K.Qonun Braziliyaya səfəri zamanı onun mühafizəsinə xərclənən böyük məbləği də araşdıracaq.oxu.az

